Nazirlər Kabineti ölkədə yaranan tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirdi

2020-02-28 18:26:25 / 2590 dəfə oxunub

Nazirlər Kabineti yanında operativ qərargah ölkədə yaranan tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirilib.

Oxu.Az-ın məlumatına görə, qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib ki, onların səlahiyyətində olan xəstəxanalarda belə problem yoxdur:

"Ümumiyyətlə, respublikanın maska və tibbi spirtlə təminatı bizim səlahiyyətimizdə deyil”.

TƏBİB-in Yoluxucu xəstəliklər İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, maskanı xəstəliyə yoluxmuş şəxs taxmalıdır:

"Bu da infeksiyanın ətrafa yayılmasının qarşısını alır”.

Respublikanın baş infeksionisti Cəlal İsayev deyib ki, maska qıtlığı məsələsi daha çox mətbuat tərəfindən şişirdilir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!