Təhsil nazirinin müşaviri: “Məktəblərlə bağlı qərar pedaqoji kollektivə də aiddir”

2020-03-02 18:32:14 / 631 dəfə oxunub

"Martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması qərarı tək şagirdlərə deyil, müəllimlərə, eləcə də pedaqoji kollektivə də aiddir”.

Bunu Real TV-yə açıqlamasında Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O qeyd edib ki, qərar bütün dövlət və özəl ümumtəhsil müəssisələrinə, ali və orta ixtisas təhsili, peşə müəssisələri və məktəbdənkənar fəaliyyətlə məşğul olan bütün təhsil ocaqlarına aiddir.

Nazirin müşaviri bildirib ki, bu müddət ərzində tibbi-profilaktik, denizfeksiyaedici və digər qabaqlayıcı tədbirlər daha intensiv aparılacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargah bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!