Putin: “Bizimlə vuruşmaq heç kəsin ağlına belə gəlməsin”

2020-03-02 13:43:53 / 1988 dəfə oxunub

"Rusiya heç kimlə müharibəyə hazırlaşmır. Eyni zamanda,digər ölkələrin Moskva ilə hətta silahlı münaqişə yaratmaq barədə düşünməsini belə istisna edən vəziyyət yaradır”.

TASS xəbər verir ki, bunuRusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri ölkəsinin hərbi büdcəsinə görə, dünyada yeddinci pillədə qərarlaşdığını və bu göstərici üzrə yalnız ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Yaponiyadan geridə qaldığını xatırladıb.

"Heç kimlə vuruşmağa hazırlaşmırıq, ancaq müdafiə sahəsində elə vəziyyət yaradırıq ki, bizimlə vuruşmaq heç kimin ağlına belə gəlməsin. Bununla yanaşı, bizimxərclərimiz ilbəil azalır, digər ölkələrdə isə artır.

Bununla belə unikal vəziyyət yaranıb. Rusiya ilk dəfə müdafiə sahəsində "qovan” ölkə olmaqdan xilas olub. Biz ilk dəfə dünyada olmayan zərbə-hücum silahları yaratdıq. İndi onlar bizə çatmağa çalışır”, - deyə Putin bildirib.

Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!