Qayda pozan YPX avtomobili ilə bağlı araşdırma başladı - RƏSMİ

2020-03-03 17:17:23 / 1867 dəfə oxunub

Bakı polisi qayda pozan YPX avtomobili ilə bağlı araşdırmalara başlayıb.

Bununla bağlıOxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, araşdırmalardan sonra həmin avtomobili idarə edən polis əməkdaşları ilə bağlı tədbirlər görüləcək.

Qeyd edək ki, Zabrat qəsəbəsində 99-YP-747 dövlət nömrə nişanlı, BMW markalı avtomobil 1.3 üfüqi nişanlama xəttinin tələblərini pozub. Görüntülər sosial şəbəkədə paylaşılıb.

Son xəbərlər
Neft 40 dolları ötdü
2020-06-03 10:57:53
DİN sürücünü təkzib edir
2020-06-03 10:55:09
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!