Cəlilabadda bir ailədən iki gəlinin yoxa çıxmasının təfərrüatı: Bütün kənd gəlinləri axtarır...

2020-03-06 13:10:21 / 557 dəfə oxunub

Cəlilabad rayonunda bir ailədən iki gəlinin yoxa çıxmasının təfərrüatı məlum olub.

Rayonun Təzəkənd kəndsakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, gəlinlər gecə saat 12:00-da evdən çıxıblar:

"Gəlinlər evdar qadınlardır. Birinin iki, digərinin isə bir uşağı var. Onların taleyi qaranlıqdır. Bilinmir ki, evdən gediblər, yoxsa qaçırılıblar. Gedərkən uşaqlarını da götürməyiblər. Gəlinlərin həyat yoldaşları evdə söz-söhbət olmadığını deyirlər. Gəlinlər iki gün öncə gecə saat 12:00-da evdən qonşuya getmək adı ilə çıxıblar. Bir saatdan sonra onların qayıtmadığını görəndə narahat olublar. Maraqlananda məlum olub ki, gəlinlər qonşuda çox oturmayıblar. Ailə Daxili İşlər Nazirliyinin "102” zəng xidməti mərkəzi ilə əlaqə saxlayıb. Hüquq–mühafizə orqanlarına müraciət edilib, bütün kənd gəlinləri axtarır”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!