"İlham Əliyevin çıxışı bizim üçün işimizin təşkilində olduqca yeni və çoxsaylı yollar göstərdi"

2020-03-12 17:09:44 / 1819 dəfə oxunub
"Cənab Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında çıxışı bizim üçün növbəti çağırışda işimizin təşkilində olduqca yeni və çoxsaylı yollar göstərdi. Xüsusilə də illərdir beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərən deputat olaraq mənim üçün əsl yeni proqram xarakterli çıxış oldu”.

Bunu Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası İşçi qrupunun rəhbəri Azər Kərimli bildirib.

Azər Kərimli qeyd edib ki, Azərbaycan Prezidentinin parlamentin VI çağırışda fəaliyyəti ilə bağlı fikirlərində də göstərildiyi kimi qanunverici orqana olan bu növbədənkənar seçkilər sırf islahatların yeni mərhələsinin tələbi idi: 

"Cənab prezident proqram xarakterli çıxış etdi. Biz, şəxsən mən, bir deputat olaraq istər seçicilərin istək və problemlərinin vaxtında icra strukturlarına çatdırılması, istərsə də beynəlxalq əlaqələrdə fəaliyyətimizin yenidən qurulması ilə bağlı bu proqramdan kifayət qədər qeydlər götürdüm. Beynəlxalq fəaliyyət zamanı parlamentlərarası əlaqələrin qurulmasında, Azərbaycan həqiqətlərinin təbliğində, beynəlxalq təşkilatlarla işin təşkilində və digər fəaliyyətimiz də  məhz bu islahatların tərkib hissəsi olacaq”-deyə, A. Kərimli vurğulayıb. 

Deputat qeyd edib ki, parlamentın VI çağırışda fəaliyyəti bütün sahələr üzrə fərqliliyi ilə seçiləcək, həqiqi mənada islahatların tərkib hissəsini özündə əks etdirəcək.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!