Deputat: “Azərbaycan belə şirkətlərə sanksiyalar tətbiq etməlidir”

2020-03-13 12:04:27 / 2535 dəfə oxunub

"Ümid edirəm ki, altıncı çağırış Milli Məclisdə "Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq və qəbul ediləcək”.

BunuOxu.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədrinin müavini, sözügedən qanun layihəsinin müəllifi Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, ərazisi işğal altında olan bütün ölkələrdə müvafiq qanunlar qəbul olunub.

Deputat bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma aparır və bununla yanaşı, xarici ölkələrin şirkətləri Qarabağda qanunsuz fəaliyyət göstərirlər.

"Belə təşkilatların hər birinə münasibətdə Azərbaycan sanksiya tətbiq etməlidir. Bunların hamısı qanunvericilik qaydasında öz həllini tapmalıdır”, - deyə Q.Həsənquliyev əlavə edib.

Q.Həsənquliyevin müəllifi olduğu qanun layihəsi 12 maddədən ibarətdir. Sənəd Gürcüstanın, Moldovanın işğal altında olan ərazilərlə bağlı qanunvericiliyi bazası əsasında yaradılıb.

Sənəddə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin hüquqi statusu müəyyən olunub. Həmin ərazilərə xarici ölkə vətəndaşlarının daxil olması, şirkətlərin fəaliyyət göstərməsinin qanunsuz olması əksini tapıb.

Eyni zamanda, həmin ərazilərə Azərbaycan vətəndaşlarının daxil olması üçün xüsusi hüquqi rejimin yaradılması əks olunub.

Sənəddə işğal altındakı ərazilərin hüquqi baxımdan işğalçı dövlətin nəzarəti altında olduğu qeyd edilib.

Layihədə göstərilib ki, işğal olunmuş ərazilərimizə giriş-çıxış həmin qanunla tənzimlənə bilər.
Bundan başqa, sənədə görə, istənilən ölkə vətəndaşlarının, şirkətlərin həmin ərazilərə girməsi birbaşa olaraq qanunla qadağan olunur və məsuliyyət yaradır.

Aqşin Kərimov

Son xəbərlər
PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
2020-07-02 15:00:17
Rəzalət..
2020-07-02 11:39:31
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!