Azərbaycanda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü - YENİLƏNİB

2020-03-13 10:14:27 / 3083 dəfə oxunub

Qax Mərkəzi Rayon Xəstəxanasında burun əməliyyatında ölən qız şoka düşüb.

Bu barədəOxu.Az-a Qax Mərkəzi Rayon Xəstəxanasının direktoru Tərlan Əhmədzadə məlumat verib.

Onun sözlərinə görə, pasiyent əməliyyata hazırlıq zamanı şoka düşüb:

"Əməliyyatdan öncə xəstəyə 0,5%-li lidokain inyeksiya edilib”.

Həkimin sözlərinə görə, xəstə bir anda anafilaktik şoka düşüb:

"Xəstəni şok vəziyyətdən çıxarmaq üçün həkimlər tərəfindən zəruri tədbirlər görülüb. Bir neçə saat süni tənəffüs aparatına qoşulub. Lakin təəssüf ki, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.

09:15

Qaxda 23 yaşlı qız əməliyyatda ölüb.

Oxu.Azxəbər verir ki, hadisə Qax rayon Xəstəxanasında baş verib.

Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcovaburun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında LOR həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilib.

Qızın halı cərrahiyyəmasasında qəflətən pisləşib və o, vəfat edib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!