“İrəli” İB “TətildəOxu” kampaniyasına və onlayn info-sessiyaya start verir

2020-03-16 15:17:54 / 2228 dəfə oxunub

"İrəli” İctimai Birliyi COVID19 pandemiyasının sürətli şəkildə yayılması və təhsil müəssisələrinin fəaliyyətinin bir müddətlik dayandırılması, bayram tətilinin başlamasını nəzərə alaraq "TətildəOxu” kampaniyasına start verir.

Birliyin əsas məqsədi gənclər arasında mütaliəni artırmaq, asudə vaxtlarını səmərəli keçirməyə təşfiq etmək və kitab oxumağı vərdişə çevirməkdir.

Kampaniyaya qoşularkən tətil müddətində oxunulan kitabın adı, yazarı və mövzusu ilə bağlı məlumat verərək challange dostlara ötürülür. Bu həştəqlərdən istifadə edərək kampaniyaya dəstək ola bilərsiniz:#TətildəOxu#ireli2020#Azerbaijan.

Qeyd edək ki, "İrəli” İB hazırda gündəmdə olan və ölkə səviyyəsində sosial izoliyasiya tədbirlərinin nəticəsi olaraq bir çox tədbirlərin formatını dəyişərək onlayn şəkildə davam etdirəcək. İlkonlayn info-sessiya"Sağlam Düşüncə” Gənclər Təşkilatının(SDGT) Beynəlxalq əlaqələr üzrə koordinatoru və Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda RəsmiMəlumat Mərkəzinin Koordinatoru Ramiz Əliyev tərəfindən Erasmus+ və European Solidarity Corps-la bağlı olacaq və bu gün saat 19:00-da Birliyin Facebook səhifəsində canlı yayım baş tutacaq.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!