Türkiyədə məscidlərdə namaz qılınmayacaq - Koronavirusa görə

2020-03-16 17:34:28 / 2313 dəfə oxunub

Türkiyənin Dini Qurumlara iş üzrə Komitəsinin rəhbəri Əli Ərbaş koronavirusla bağlı açıqlama verib.

T24.com.tr xəbər verir ki, o, camaat şəkildə namaz qılmağın virusun yayılma riskini artırdığını deyib:

"Yeni növ koronavirusla əlaqədar olaraq məscidlərdə cümə və camaat namazının qılınmasına fasilə verildi. Məscidlərin açıq olmasına qərar verilib.

Səhiyyə Nazirliyimiz təkcə Ümrədən gələnlər üçün deyil, eyni zamanda, başqa ölkələrdən gələnşəxslər üçün də 14 gün evdə qalmaları lazım olduğunu bildirib”.

Ərbaş tək halda məscidə gedərək, namaz qılmağın mümkün olduğunu da qeyd edib.

O, bütün cami və məscidlərin dezinfeksiya olunduğunu vurğulayıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!