ABŞ Koronavirus sirlərini açır

2020-04-20 07:04:47 / 790 dəfə oxunub

Koronavirus da daxil olmaqla 1500 müxtəlif virusun Uhan Virologiya İnstitutuna aid bir soyuducuda qorunub saxlanıldığını göstərən görüntülər yayımlanıb.

SABAHİNFO.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən görüntülərin 2018-ci ildə Çin Xəbər Agentliyi tərəfindən Twitter-də paylaşıldığı, daha sonra isə silindiyi bildirilib. Yeni tip koronavirusun Uhan Şəhərindəki Virologiya İnstitutunda yaradıldığı yönündə şaiələrin gücləndiyi ərəfədə bu görüntülər şübhələri daha da artırıb.

Görüntülərdə virusların saxlanıdığı bir soyuducunun bir qapısının nasaz olması da diqqətdən yayınmayıb. Həmçinin qeyd olunub ki, laboratoriya hazırda epidemiyanın mənşəyi hesab edilən və vəhşi heyvanların alınıb satıldığı bazardan bir neçə kilometrlik məsafədə yerləşir.



ABŞ-ın "CNN" telekanalında verilən açıqlamaya görə, ABŞ kəşfiyyatı dünyada yüz minlərlə insanın ölümünə səbəb olan yeni tip koronavirusun Uhanda bir virusologiya laboratoriyasından yayılması barədə iddiaları araşdırdığını bildirilib.

"Washington Post" qəzetinin verdiyi məlumata görə, 2018-ci ilin yanvar ayında Uhan Virusologiya İnstitutunu ziyarət edən iki səfirlik işçisi tərəfindən Xarici İşlər Nazirliyinə verilən xəbərdarlıqda laboratoriyanın təhlükəsizlik tədbirlərinin yetərli olmadığı və burada görülən işlərin SARS kimi yeni bir epidemiyanın başlamasına səbəb ola biləcəyi bildirilib.



Çinin Xarici İşlər nazirliyinin sözçüsü Zhao Lijian isə sözügedən iddiaları təkzib edib və bu iddiaların heç bir elmi əsasının olmadığını vurğulayıb. Koronavirusun mənbəyi və yayılmasının elmi mövzu olduğunu bildirən edən Zhao Lijian, bu məsələnin elm adamları və səhiyyə işçiləri tərəfindən araşdırılmalı olduğunu qeyd edib.

Son xəbərlər
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!