Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir? - RƏSMİ AÇIQLAMA + VİDEO

2020-04-20 13:37:05 / 701 dəfə oxunub

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində postların ləğv edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisiKamran Əliyev Xəzər TV-nin efirində bildirib ki, xüsusi karantin rejiminə görə rayonlararası yollarda stasionar postlar var.

"Ayın 19-dan təşkil edilmiş bir neçə əlavə postvar ki, onlar da hazırda fəaliyyət göstərir. Əsas etibarilə paytaxtın inzibati ərazisinə giriş-çıxışına nəzarət edən postlardır.Lakin Bakı şəhərində bu postların müxtəlif yerlərdə və müxtəlif vaxtlarda yerləri dəyişdirilir. Şərtlərdən asılı olaraq, bəzən bir küçədə, bəzən də digər küçədə və yolayrıclarında postlar quraşdırılır”.

"Hələlikquraşdırılan postların ləğv edilməsinə zərurət yoxdur. Günərzində yalnız nəqliyyat vasitələrinin sürücüləri tərəfindən 2000 qaydaları pozuntusu halı aşkarlanırsa, postların ləğvi tezdir.

Postlardan əlavə, DYP-nin əməkdaşları hərəkətdə olan istənilən nəqliyyat vasitələrini saxlayıb avtomobildəki sürücünü və sərnişini yoxlaya bilər”, - deyə şöbə rəisi qeyd edib.

Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!