Vilayət Eyvazovdan həbs edilmiş qadının yanında olan üç yaşadək uşağı ilə bağlı QƏRAR

2020-04-20 11:06:42 / 702 dəfə oxunub

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşaqla bağlı məhkəmə vəsatəti qaldırmasında dəyişikliyi nəzərdə tutan qərar imzalayıb.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı "Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”ın 11.4.9-cu bəndinə dəyişiklik edilib.

Həmin bənd tutulmuş və ya həbs edilmiş qadının yanında olan üç yaşınadək uşağına qayğı göstərilə bilməməsi ilə bağlıdır.

Bu zaman qadın uşağın qanunla müəyyən edilmiş qaydada qohumlarına verilməsi, bu mümkün olmadıqda isəuşaqlar üçün sosial xidmət müəssisələrinəgöndərilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər.

Sənədin bundan əvvəlki variantında isə müvafiq hallar üçün üçyaşınadək uşaqların qohumlarına və uşaq müəssisələrinə verilməsi üçün vəsatət qaldırılması nəzərdə tutulurdu.

Son xəbərlər
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!