Azərbaycanın səfirliyi Rusiyadan qayıtmaq istəyənlərin siyahısını hazırlayır

2020-04-21 15:45:02 / 716 dəfə oxunub

Azərbaycanın Rusiyadakı səfirliyi vətənə qayıtmaq istəyən vətəndaşların siyahısını tərtib edir.

"RİA Novosti”nin məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Səfir qeyd edib ki, siyahıların tərtibi vətəndaşların geri qayıdışını təşkil etmək imkanı olduqda sərhədi keçən insanların axınını tənzimləmək üçün aparılır.

O əlavə edib ki, Rusiyadan vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün diplomatik nümayəndəlikdə 24 saat fəaliyyət göstərən "qaynar xətt” istifadəyə verilib.

Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!