Deputat: “2025-ci ilədək Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə nail olacaq”

2020-04-21 15:48:12 / 943 dəfə oxunub

"Cənab Prezident keçirdiyi son müşavirədə də bəyan etdi ki, 2020-ci ildə islahatlar davam etdiriləcək. 2019-cu ilin sonlarından etibarən istər Prezident Administrasiyasında, istərsə də Nazirlər Kabinetində iqtisadi komandanın gücləndirilməsini müşahidə etdik. Bu da təsadüfi deyil. Çünki 2020-ci il Strateji Yol Xəritəsinin orta perspektiv üçün hədəflərinin reallaşdırılmasına start verilir”.

Oxu.Azsaytı xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat qeyd edib ki, indi koronavirus pandemiyası ilə əlaqədar olaraq bu islahatlar bir az ləngiyəcək, ancaq mütləq icra ediləcək:

"2025-ci ilədək milli iqtisadiyyat üzrə uzunmüddətli baxış dayanıqlı inkişaf yoluna daxil olmuş Azərbaycan iqtisadiyyatınınbütün tərəflərinin faydalı əməkdaşlığı şəraitində daha çox dəyər yaratmaqla, rəqabət qabiliyyətinin gücləndirilməsinə nail olacaq.

Xüsusilə, azad rəqabət mühitinin inkişafı özəl sektorun dəstəklənməsi ilə müşayiət olunmaqla milli iqtisadiyyata daha çox investisiya cəlb olunmasıvə bazarlara çıxış imkanının genişləndirilməsi ilə nəticələnəcək.

Milli iqtisadiyyatın inkişafı qlobal və regional kontekstdə başlıca meyillər nəzərə alınmaqla təmin ediləcək, həmçinin, qlobal və regional dəyər zəncirlərinə inteqrasiya əsas götürüləcək.

Makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya qoyuluşlarının təşviqi və dəstəkləyici dövlət sektoru Azərbaycanın 2025-ci ilədək olan dövrdə iqtisadi inkişaf perspektivinin fundamental əsasıdır. Ona görə də bu hədəflərin reallaşdırılması baxımından biz millət vəkillərinin üzərinə də böyük missiya düşür.

Biz həm seçicilərin etimadını doğrultmaq, həm də ölkənin inkişaf tarixində rol oynamaq üçün bu missiyanı şərəflə icra edəcəyik”.


Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!