BMT-dən proqnoz: Aclıqla üzləşən insanların sayı iki dəfə arta bilər

2020-04-21 16:06:50 / 4051 dəfə oxunub

Koronavirus pandemiyası ilə əlaqədar ərzaq çatışmazlığı ilə üzləşən insanların sayı bu il 265 milyon nəfərədək çata bilər.

Trend-in məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, aclığın qarşısının alınması üçün indidən ciddi tədbirlər görülməlidir.

Ötən il dünyada ərzaq qıtlığı ilə üzləşən insanların sayı 135 milyon nəfər olub.

Qeyd edək ki, bu günədək dünyada 2,4 milyondan çox şəxs koronavirusa yoluxub, 170 minə yaxın xəstə ölüb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!