Səhiyyə Nazirliyi müraciət etdi: Koronavirusun müalicəsi üçün özbaşına dərman qəbul etməyin

2020-04-21 16:54:57 / 846 dəfə oxunub

Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün dərman vasitələrinin həkim göstərişi olmadan qəbul edilməməsi üçün vətəndaşlara müraciət edib.

Sabahinfo.az-ın məlumatına görə, nazirliyin məlumatında qeyd edilir ki, dərman qəbul edərkən həkimlə məsləhətləşmək vacibdir:

"Son zamanlar mövcud vəziyyətlə əlaqədar bir çox saytlarda koronavirusun (COVID-19) müalicəsində müxtəlif dərman vasitələrinin effektivliyi, həmin dərman vasitələrinin virusun yaratdığı vəziyyətin aradan qaldırılmasında müsbət təsirləri gündəmə gətirilir və istifadəsi tövsiyə olunur.

Ümumiyyətlə, hər hansı dərman vasitəsinin qəbulu həkim nəzarəti altında olmalıdır. Çünki dərmanların səhv və nizamsız qəbulu müalicə effektinə mənfi təsir edir və insana xeyirdən çox zərər verə bilər. Yadda saxlamaq lazımdır ki, dərmanlardan qeyri-rasional istifadə halları orqanizmdə bir çox fəsadların yaranmasına və orqanizmin zəifləməsinə səbəb olur. Bundan başqa, özünümüalicə halları çox zaman ağır nəticələr verir, rezistentlik, allergiya, əlavə təsirlər və s. kimi bir sıra fəsadlara yol açır. İnsanın sağlamlığı öz əlindədir və bu həssas dönəmdə vətəndaşları dərman qəbulunda daha diqqətli olmağa çağırırıq. Nəzərə alın ki, internet resurslarında yerləşdirilmiş qeyri-rəsmi və qeyri-peşəkar məlumatlar həqiqətə uyğun olmaya və bu məlumatlara kor-koranə inanmaq sağlamlığınıza ciddi zərər vura bilər.

Hər hansı dərmanın qəbulu və istifadəsi zamanı həkim məsləhəti mütləqdir"!

Son xəbərlər
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!