Nəsib Məhəməliyev:"Ölkə başçısının zamanı qabaqlayan təşkilatçılığı olmasaydı..."-MÜSAHİBƏ

2020-04-22 15:30:24 / 4471 dəfə oxunub

Milli Məclisin deputatı Nəsib Məhəməliyev SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində Koronavirusla mübarizədə atılan addımlar, həyata keçirilən islahatlardan danışıb. Müsahibəni təqdim edirik; 


-Hörmətli Nəsib müəllim dünya gündəmi COVID-19 Koronavirus pandemiyasının şokundan ayılmamış neftin qiymətində baş verən azalma ilə yenidən sarsıldı. Hətta bir çoxları deyir ki, artıq yeni dünya düzəni formalaşır. Bu yöndə sizin fikirlərinizi bilmək istərdik?

- Bu təbiidir. Koronovirus dünyanın bürün ölkələrini bürüyərək pandemiya halını aldı və hər yerdə karantin rejimi tətbiq olundu. İqtisadi fəallıq çox aşağı düşdü. Ölkələr arası sərhədlər bağlandı, nəqliyyat əlaqələri kəsildi. Bir çox istehsal müəssisələri işlərini müvəqqəti də olsa saxladı. Belə bir vəziyyətdə neftə olan tələbat azaldı. Eyni zamanda iri neft ixracatçıları arasında gedən rəqabət və OPEK ilə RF arasında əvvəldən razılığın olmaması neftə olan tələbatı minimuma endirdi. Nəticədə iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün müəyyən problemlər yaradır. Pandemiyadan sonra yeni dünya düzəninin yaranmasına gəldikdə isə, iqtisadi münasibətlərdə bir çox yeniliklər labüddür.

-Rusiya Prezidenti Vladimr Putinin SSRİ-nin bərpası ilə bağlı səsləndirdiyi fikirlər reallığı nə dərəcədə özündə əks etdirir?

- Mən Rusiya prezidentinin SSRİ-nin bərpası ilə bağlı fikirlərinə rast gəlməmişəm. Ancaq mənə elə gəlir ki, cənab Putin hamıdan gözəl başa düşür ki,bu mümkün deyil. Ayrı ayrı məsuliyyətsiz, populist siyasətçilər isə reallığı dərk etmirlər.

-Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu və ya digər məsələlərdə dünya ölkələrini qabaqlayır. Biz bunu Koronavirusla mübarizə məsələsində bir daha gördük. Necə düşünürsünüz belə bir liderimizin olduğuna görə biz xoşbəxt xalqıq?

- Azərbaycan Prezidentinin ölkəyə rəhbərlik etdiyi son 16 ilin statistikasına nəzər salmaq kifayətdir ki, bir çox ölkələrlə müqayisədə hansı nailiyyətlər əldə olunmuşdur. Sosial-iqtisadi, yol-nəqliyyat, tikinti quruculuq, infrastruktur layihələrinin icrası, ordu quruculuğu, xarici siyasət, təhlükəsizlik və digər sahələrdə görülən işləri bir çox ölkələr on illiklər ərzində icra edə bilməmişlər. Pandemiya ilə bağlı görülən işlər isə, bir daha sübut etdi ki, Azərbaycan xalqı öz Liderinə inanır və qürur hissi keçirir.Əgər ölkə Başçısının zamanı qabaqlayan təşkilatçılığı olmasaydı, çox itkilərlə qarşılaşardıq.

-Yeni formalaşan Milli Məclisdən gözləntilər çoxdur. Maraqlıdır indiki şəraitdə deputatların qarşılarında duran əsas məsələ nədir və bu istiqamətdə hansı addımlar atılır?

- Milli Məclis artıq formalaşıb. Əvvəlki, çağırışlardan fərqli olaraq Məclisin rəhbərliyində və bütün komitələrdə müxalifət partiyalarının nümayəndələri təmsil olunur. Deməli cəmiyyətin bütün təbəqələri qanunvericilik proseslərində iştirak edirlər. Bu da xalqın Milli Məclisdən gözləntilərini doğruldacaqdır. Məclisin qarşısında duran əsas məsələ isə ölkə Başçısının başladığı iqtisadi, sosial, hüquqi, struktur islahatlarına qanunvericilik baxımından tam dəstək vermək, apardıdğı xarici və daxili siyasəti geniş xalq kütlələri arasında təbliğ etməkdən ibarətdir.

-Ölkədə islahatlar davam edir. Hazırda hansı sahələrdə islahatların aparılması daha labüddür?

-Hesab edirəm ki, stuktur islahatları dərinləşdirilməlidir. Regionların mərkəzdən maliyyə asılılığını azaltmaq, yerlərdə istehsal müəssisələrinin və yeni iş yerlərinin yaradılması istiqamətində stimullaşdırıcı tədbirlər görmək lazımdır. Məmurlar, sahibkarlar, vətəndaşlar arasında ancaq qanunlara söykənən münasibətlərin formalaşması üçün kadr islahatları davam etdirilməlidir. Son illərdə cənab Prezidentin apardığı islahatlar xalq tərəfindən müsbət qarşılanır. Ancaq hələ də sahibkara köhnə streotiplərlə yanaşan,edilən xəbərdarlıqlara baxmayaraq öz ampluasında olan məmurlar da kifayət qədərdir.

 Ədil Ədilzadə


Son xəbərlər
Başçıdan örnək addım
2020-05-29 14:08:19
Bahalaşma olacaq?
2020-05-28 19:45:22
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!