Neftçalada Biz Birlikdə Güclüyük kampaniyasına dəstək davam edir

2020-04-22 17:57:08 / 2865 dəfə oxunub

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkə ərazisində Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində bir çox dövlət qurumları, biznes strukturları, fərdi sahibkarlar tərəfindən mütəmadi olaraq aztəminatlı ailələrə yardımlar göstərilir.

Bu tədbirlər çərçivəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Neftçala rayonunda Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) 1500 ailəyə, Neftçala Rayon İcra Hakimiyyəti 730 ailəyə, Milli Məclisin üzvləri, müxtəlif dövlət qurumları, özəl təşkilatlar və müəssisələr, şirkətlər, həmkarlar təşkilatları, bələdiyyələr, fərdi sahibkarlar və fiziki şəxslər isə ümumilikdə 2500 ailəyə ərzaq yardımı ediblər. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Neftçala rayon şöbəsi tərəfindən 65 yaşdan yuxarı şəxslərə mütəmadi olaraq sosial-məişət xidməti göstərilir. 01.04.2020-ci il tarixinə kimi rayon ərazisində ünvanlı dövlət sosial yardımı alan vətəndaşların ödənişi tam şəkildə həyata keçirilib.

Neftçala Rayon İcra Hakimiyyəti xüsusi karantin dövründə aztəminatlı ailələrə yardım kampaniyasına dəstək verən hər bir quruma, şəxsi təşəbbüslə bu nəcib akdiyada yaxından iştirak edənlərə təşəkkür edir.


Son xəbərlər
Başçıdan örnək addım
2020-05-29 14:08:19
Bahalaşma olacaq?
2020-05-28 19:45:22
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!