Zelenski Saakaşviliyə yüksək vəzifə təklif etdi

2020-04-22 16:32:17 / 4929 dəfə oxunub

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş lideri Mixail Saakaşviliyə hökumətdə islahatlara nəzarət edəcək vəzifə təklif edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Prezident V.Zelenskinin eks-prezidentə Baş nazirin müavini vəzifəsini təklif etdiyi bildirilir.

M.Saakaşvilinin ofisinin mətbuat xidmətindən bildirilib ki, bu cür təklif həqiqətən də müzakirə edilir, ancaq əvvəlcə siyasətçi "Xalqın xidmətçisi” fraksiyasının millət vəkilləri ilə görüşmək və islahatları müzakirə etmək niyyətindədir.

Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən ona islahatlar üzrə Baş nazir müavini vəzifəsinin təklif olunmasını "Facebook” hesabındakı paylaşımı ilə təsdiqləyən Mixail Saakaşvili bu cür təklifin onun üçün böyük şərəf olduğunu qeyd edib.

"Xalqın xidmətçisi” fraksiyası rəhbərinin müavini Yevgeniya Kravçuk da sözügedən informasiyanı təsdiqləyib və Saakaşvilinin aprelin 24-də millət vəkilləri ilə görüşəcəyini qeyd edib.

Son xəbərlər
Dünyanın ləkələri
2020-10-21 12:50:18
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!