Gülməmmədov və polis generalı Əzimovun hesabatı hələ “gözləmədədir”

2020-04-22 12:36:12 / 859 dəfə oxunub

Milli Məclisin komitə və plenar iclaslarında iki qurumun hesabatı dinlənilməyib.

Oxu.Az-ın məlumatına görə, Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti barədə hesabat hələ parlamentə daxil olmayıb.

Bildirək ki, Hesablama Palatası öz işi barədə Milli Məclisə ildə iki dəfə - yaz sessiyasında, aprelin 15-dən gec olmayaraq və payız sessiyasında, oktyabrın 15-dən gec olmayaraq, hesabat verir.

Hesablama Palatasının hesabatını qurumun sədri Vüqar Gülməmmədov təqdim edir.

Bundan başqa, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun 2019-cu il üzrə məruzəsi müzakirəyə çıxarılmayıb.

Qeyd edək ki, həminhesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edəcək.

Bu, S.Əzimovun yenivəzifədə ilk hesabatıdır.

Xatırladaq ki, Milli Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı dinlənilib.

Həmçinin, bələdiyyələrin ötənilki fəaliyyəti haqqında məruzə edilib.

Aprelin 24-də Milli Məclisin iclasında Ombudsmanın illik məruzəsi təqdim olunacaq.

Ombudsmanın hesabatı parlamentin İnsan hüquqları komitəsinin aprelin 21-də keçirilmişiclasında müzakirəyə çıxarılıb.

Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!