Dostluq qruplarına rəhbərlik edəcək deputatlar - TAM SİYAHI

2020-04-23 16:38:03 / 999 dəfə oxunub

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə İşçi Qruplarına rəhbərlik edəcəkdeputatların tam siyahısı bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Etibar Əliyevin Azərbaycan-Albaniya, Nurlan Həsənovun Azərbaycan-Almaniya, Səməd Seyidovun Azərbaycan-ABŞ, Vüqar İsgəndərovun Azərbaycan-Argentina, Asim Mollazadənin Azərbaycan-Avstraliya və Yeni Zelandiya, Tahir Mirkişilinin Azərbaycan-Avstriya parlamentlərarası dostluq qruplarına rəhbər gətiriləcək.

Ziyad Səmədzadə Azərbaycan-Belarus, Kamal Cəfərov Azərbaycan-Belçika, Nizami Cəfərov Azərbaycan-Bəhreyn, Cavanşir Paşazadə Azərbaycan-BƏƏ parlamentlərarası İşçi Qruplarının rəhbərləri olacaqlar.

Rauf Əliyev Bolqarıstan,Məzahir Əfəndiyev Bosniyavə Hersoqovina,Cavanşir Feyziyev Böyük Britaniya, Müşfiq Məmmədli Braziliya, Rasim Musabəyov Cənubi Afrika Respublikası, Əliabbas Salahzadə Cibuti, Elnur Allahverdiyev Çexiya, Azər Badamov Çili, Siyavuş Novruzov Çin, Sevinc Fətəliyeva Danimarka, Bəxtiyar Sadıqov Ekvador, Jalə Əhmədova Estoniya, Musa Qasımlı Əfqanıstan, Razi Nurullayev Finlandiya, Soltan Məmmədov Fransa, Arzu Nağıyev Gürcüstan, Naqif Həmzəyev Hindistan, Könül Nurullayeva Xorvatiya, Bəxtiyar Əliyev İndoneziya, Anar İsgəndərov İordaniya üzrə parlamentlərarası İşçi Qruplarına rəhbərlik edəcəklər.

İlham Məmmədov İraq, Vasif Talıbov İran, Erkin Qədirli İrlandiya, Anatoliy Rafailov İsrail, Sevil Mikayılova İspaniya, Kamilə Əliyeva İsveç, Hicran Hüseynova İsveçrə, Azər Kərimli İtaliya, Tural Gəncəliyev Kanada, Müşfiq Cəfərov Kolumbiya, Malik Həsənov Cənubi Koreya, Elşad Mirbəşir Kuba, Vahid Əhmədov Küveyt, Adil Əliyev Qazaxıstan, Tahir Rzayev Qətər, Musa Quliyev Qırğızıstan, Kamran Bayramov Latviya, Nəsib Məhəməliyev Litva, Fəzail İbrahimli Liviya, Tamam Cəfərova Lüksemburq, Əli Hüseynli Macarıstan, Fazil Mustafa Makedoniya, Vüqar Bayramov Malayziya, Qüdrət Həsənquliyev Malta, Şahin Seyidzadə Mavritaniya, Ülvi Quliyev Meksika, İmamverdi İsmayılov Mərakeş, Ceyhun Məmmədov Misir, Sabir Hacıyev Moldova, İqbal Məmmədov Montoneqro, Eldar Quliyev Niderland, İltizam Yusifov Norveç, Eldar İbrahimov Özbəkistan, Qənirə Paşayeva Pakistan, Sahib Alıyev Peru, Səttar Möhbalıyev Polşa, Nigar Arpadarai Portuqaliya, Azay Quliyev Rumıniya, Nizami Səfərov Rusiya, Məlahət İbrahimqızı Serbiya, Fəttah Heydərov Səudiyyə Ərəbistanı, Anar Məmmədov Slovakiya, Ağalar Vəliyev Sloveniya, Aydın Mirzəzadə Tacikistan, Ramin Məmmədov Tailand, Əhliman Əmiraslanov Türkiyə, Fəzail Ağamalı Türkmənistan, Rüfət Quliyev Ukrayna, Mixail Zabelin Uruqvay, Əli MəsimliVyetnam,Əminə Ağazadə Yaponiya, Bəhruz Məhərrəmov isə Yunanıstan parlamentlərarası İşçi Qruplarına rəhbərlik edəcəklər.

Məsələ Milli Məclisin aprelin 24-də keçirilək iclasında müzakirəyə çıxarılacaq.


Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!