Azər Kərimli yeni vəzifəsindən danışdı

2020-04-28 12:53:11 / 1804 dəfə oxunub

Azərbaycanın Avronest Parlament Assambleyasındakı  rəhbər və üzvləri məlum olub.

 

Modern.az-ın məlumatına görə, Azərbaycanın Avronest Parlament Assambleyasındakı rəhbəri Milli Məclisin deputatı Azər Kərimli seçilib.

 

Azər Kərimli saytımıza açıqlamasında məsələni təsdiqləyib: "İlk növbədə Milli Məclisin rəhbərliyinə bu vacib və məsuliyyətli vəzifəni mənə həvalə etməklə göstərilən etimada görə təşəkkür edirəm.

Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edən dövlət başçımız millət vəkillərinin beynəlxalq təşkilatlarda fəaliyyətlərinin daha da intensivləşdirməsi istiqamətində proqram xarakterli tövsiyələr vermişdi. Nümayəndə heyətinin üzvləri olan həmkarlarımla birgə çalışacağıq ki, ölkəmizin maraqlarını qorumaq, eləcə də, Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə daha geniş formada çatdıraq istiqamətində bütün bilik və bacarıqlarımızı səfərbər edək”.

Azər Kərimli 13 nəfər nümayəndə heyəti ilə Avronest Parlament Assambleyasında təmsil olunacaqlarını bildirib: "Bildiyiniz kimi, Şərq Tərəfdaşlığı proqramına əsasən Parlament Assambleyasında 5 ölkə iştirak edir. Hər ölkənin nümayəndə heyəti 10 nəfərdən ibarətdir. Avropa tərəfdən isə Avropanın 60 deputatı iştirak edir. Azərbaycan nümayəndə heyətindən isə 13 nəfər təmsil olunacaq ki, onlardan 10 nəfəri əsas heyətdə, 3 nəfəri isə əvəzləyici heyətdə yer alacaq”.

Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!