Bakıda hədə-qorxu gələn sürücü həbs olundu - YENİLƏNİB

2020-04-28 16:58:28 / 1507 dəfə oxunub

Bakıda hərəkət zamanı digər avtomobilin qarşısını kəsərək, sürücüyə qarşı nalayiq ifadələr işlədən şəxs barədə qərar verilib.

Oxu.Az-ın məlumatına görə, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Cəfərov Xalid Asif oğlu barəsində 10 gün müddətinə inzibati qaydada həbs edilib.

12:23

"Paytaxtda hərəkət zamanı digər avtomobilin qarşısını kəsərək, sürücüyə qarşı nalayiq ifadələr işlədənşəxs saxlanılıb”.

BunuOxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan süjetlə bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal tədbir görülüb:

"Həmin şəxs saxlanılıb. Hazırda araşdırma davam etdirilir. Şikayətçi və eləcə də, məsələdə adı hallanan şəxslərin izahatları alınıb. İnsident olan əraziyə baxış keçirilib. Şikayətçinin dediyi əsasında müvafiq araşdırmalar aparılıb”.

"Toplanılan sənədlər Suraxanı Rayon Məhkəməsinə göndəriləcək”, - deyə V.Əsədov qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Qaraçuxur qəsəbəsi, Zığ-Mədən yolunda hərəkətdə olan avtomobilin arxasından gələn "Mercedes” markalı, 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət edərək, qarşıdakı sürücüdən yol istəməsinin görüntüləri yayılıb.

Qarşıdakı sürücünün yol vermədiyini görən "Mercedes”in sürücüsü səs siqnalı verərək, onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşərək, sürücünün yanına gəlib, nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik, sürücüyə əl-qol ataraq, hadisə yerindən qaçmağa başlayıb.

Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!