Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO

2020-04-28 14:28:10 / 4695 dəfə oxunub

Xüsusi karantin rejimi dövründə Heydər Əliyev Fondu tərəfindən həssas kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət bağlamalar paylanılır.

Baku.Tv xəbər verir ki, Ucar rayonuYuxarı Şilyan kənd sakinlərinin iddiasına görə, Fond tərəfindən keçirilən sosial aksiya bütün rayon və kəndləri nəzərdə tutduğu halda, onlara yardım verilməyib.

Sakinlərin sözlərinə görə, buna səbəb yerli icra nümayəndəliklərinin siyahını düzgün tərtib etməməsidir. Bu isə bir çox aztəminatlı ailənin narazılığına səbəb olur. Onlar bildirirlər ki, kəndin icra nümayəndəsi göndərilən yardımı mənimsəyərək, öz qohumlarına paylayır.

Məsələ ilə bağlı Ucar rayon İcra Hakimiyyəti başçısının Yuxarı Şilyan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Cabir Hacıyev Baku Tv-yə bildirib ki, iddialar əsassızdır: "Şikayət edən sakinlərin hər biri dövlət büdcəsindən pul alır və həmin ərzaq payı onlara düşmür. Kənddə 100-dən çox imkansız ailəyə bu yardımlar paylanılıb”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!