Dörd azərbaycanlı dənizçi aldadılaraq, xarici ölkəyə aparıldı - RƏSMİ

2020-04-30 15:22:10 / 1742 dəfə oxunub

Mavritaniya İslam Respublikasında fəaliyyət göstərən, dənizçiləri işlə təmin edən xarici şirkət tərəfindən dəvət alan, lakin ciddi çətinliklərlə qarşılaşan Azərbaycan vətəndaşlarından ibarət dörd dənizçi mövcud problemlərlə əlaqədar olaraq Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinə müraciət ünvanlayıb.

Bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.

Onun sözlərinə görə, müraciətə dərhal reaksiya verilərək, Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərlə əlaqə saxlanılıb:

"Dənizçilərin problemlərinin həlli istiqamətində vacib addımlar atılaraq, onların hotel və digər xərcləri ödənilib, lazımi köməyin göstərilməsi təmin edilib.

Dövlət Dəniz Agentliyi,Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə dənizçilərlə mütəmadi əlaqə saxlayaraq, onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görməkdədir”.

"Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniya və Azərbaycandaxüsusi karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlı olması, gediş-gəlişin qadağan edilməsi səbəbindən dənizçilərin ölkəyə qayıtmasının mümkünsüzlyünü nəzərə alaraq, onların gündəlik problem və çətinliklərinin həlli üçün lazımi effektiv addımlar atılır, bütün maddi ehtiyaclar ödənilir.

Qeyd edək ki, karantin rejimi bitdikdən sonra yaranan ilk fürsətdə dənizçilərin vətənə geri dönməsi təmin ediləcək”, - deyə T.Müseyibov qeyd edib.


Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!