Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub

2020-04-30 18:00:55 / 1695 dəfə oxunub

Xarici işlər naziri Elmar Məmmədyarovun Səudiyyə Ərəbistanı Xarici işlər naziri Faisal bin Farhan Al Saud ilə telefon söhbəti baş tutub.

Xarici İşlər Nazirliyindən (XİN) Sabahinfo.az-a verilən məlumata görə, Tərəflər iki ölkə arasındakı ikitərəfli münasibətlərin hazırkı durumu, habelə əməkdaşlıq gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı Səudiyyə Ərəbistanı və Azərbaycan arasında bərpa olunan enerji, turizm və digər sahələrində əməkdaşlıq məsələlərinə toxunulub və ümumdünya sağlamlıq böhranı bitdikdən sonra bu istiqamətdə səylərin daha da artırılmasının əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.

Tərəflər, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə cari il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd ediblər.


Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!