Azərbaycanda polisə xəsarət yetirilib - RƏSMİ

2020-05-04 18:06:21 / 1111 dəfə oxunub

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısında baş verən hadisəyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Report-a bildirib ki, hadisə zamanı polisə müqavimət göstərilib:

"Bir qrup vətəndaş sosial yardımların gecikməsi ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları dərhal ora gələrək, həmin şəxslərlə söhbət aparıb.

Bu zaman sakinlərdən biri polis əməkdaşının qanuni tələbinə əməl etməyib və əvvəl polislərə müqavimət göstərib. Daha sonra həmin şəxs polisə əli ilə xəsarət yetirib. Dərhal polis əməkdaşları həmin vətəndaşı saxlayıb və barəsində araşdırma aparılması üçün rayon Prokurorluğuna göndərilib.

Vətəndaşlar iddia edirlər ki, polis əməkdaşları onlara xəsarət yetirib. Lakin belə bir hal baş verməyib”.


Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!