Sabiq polis rəisinin maşınının qabağını kəsib bıçaqla hücum etdi

2020-05-04 17:12:24 / 1147 dəfə oxunub

Bakıda daha bir sürücü xuliqanlıq əməlinə əl atıb.

Qafqazinfo-ya müraciət edən keçmiş polis rəisi, Vəkillər Kollegiyasının üzvü Əyyub Cəfərxanov bildirib ki, mayın 3-dəsaat 21:30 radələrində paytaxtın Nizami rayonunda avtomobil idarə edərkən xuliqanlığa məruz qalıb.

O bildirib ki, "Toyota Corolla” markalı avtomobilini idarə edərkən digər tərəfdən gələn avtomobil sürətlə hərəkət etdiyi üçün onun qarşısını kəsib: "Həmin adam maşından düşüb qışqırmağa başladı, dedim ki, heç nə olmayıb, yolunla get. Maşından xəncər boyda bıçaq götürüb üstümə hücum etdi, mən tez avtomobilimin şüşələrini və qapılarını kilidlədim. Həmin şəxs maşınımın pəncərələrini yumruqlayaraq bıçağı mənə göstərib "düş yerə, səni bununla yortacağam” deyirdi. Sonra ətrafdakı şəxslər onu mənim maşınımdan uzaqlaşdırdılar. Mən də sürüb getdim”.

Keçmiş polis əməkdaşı olan Ə.Cəfərxanov bildirib ki, bununla bağlı Nizami RPİ 25-ci Polis Bölməsinə müraciət edib: "Məsələ ilə bağlı araşdırma aparılır. Məndə olan məlumata görə, hadisə "Təhlükəsiz şəhər” kamerasına düşüb. Hücum edənin kimliyi barədə heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, Ə.Cəfərxanov Naxçıvan Daxili İşlər Nazirliyinin Ordubad Rayon Yol Polisi bölməsinin rəisi olub.

Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!