İlham Əliyev: “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq beş milyon dollar ianə ayırır”

2020-05-04 15:35:49 / 981 dəfə oxunub

"Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün təklif olunan bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatında yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək”.

Oxu.Azxəbər verir ki, bunu Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək:

"Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq, beş milyon dollar ianə ayırır.

Bu vəsait bizimlə razılaşdırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur”.


Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!