Spiker Zirvə görüşündən danışdı

2020-05-05 12:55:08 / 1152 dəfə oxunub

"Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş"COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü bu qlobal pandemiyaya qarşı mübarizədə həmrəylik baxımından çox vacibdir”.

Bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verməsi və Zirvə görüşünə qatılması bir daha ölkəmizin və onun liderinin nüfuzunun çox yüksək olduğunun göstəricisidir.

Spiker qeyd edib ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynayır.
S.Qafarova qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın böyük önəm daşıdığını qeyd edib.

"Bu qlobal bəlanın yayılmasının qarşısının alınması və onun fəsadlarının aradan qaldırılması Qoşulmama Hərəkatına üzv olan dövlətlərin də qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Ona görə də möhtərəm Prezidentimizin təşəbbüsü ilə belə bir Zirvə görüşünün keçirilməsi və görüşün sonunda Bəyannamənin qəbul olunması bütün dövlətlərin səylərinin birləşdirilməsinə daha bir çağırışdır. Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır”.

Milli Məclis sədri söyləyib ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına çox uğurla sədrlik edir:

"Ölkəmiz sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun, beynəlxalq aləmdə oynadığı rolun artırılması istiqamətində çox mühüm təşəbbüslər irəli sürür. Hesab edirəm ki, Təmas Qrupu formatında Zirvə görüşü də bu mənada çox əhəmiyyətlidir”.


Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!