Parlamentdə deputatlar arasında QALMAQAL: “İcra başçısının adından danışır”

2020-05-05 12:26:28 / 1132 dəfə oxunub

Milli Məclisin iclasında deputatlar Musa Qasımlı ilə Sabir Rüstəmxanlı arasında mübahisə düşüb.

Oxu.Az-ın məlumatına görə, M.Qasımlı çıxışında Yardımlıda əhaliyə paylanılan yardımlardan danışarkən deyib ki, heç kim dövlət orqanlarının fəaliyyətinə kölgə sala bilməz:

"Yardımların paylanılmasının çox şəffaf şəkildə həyata keçirildiyi rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”, - deyə M.Qasımlı S.Rüstəmxanlıya replika atıb.

Bu isə deputat S.Rüstəmxanlının etirazına səbəb olub. O bildirib ki, son vaxtlar Yardımlıda yardımların qeyri-dəqiq paylanılması ilə bağlı sosial şəbəkələrdə çıxış edib.

"Görünür, Musa Qasımlı icra başçısının adından danışır. Musa Qasımlı gedib kəndləri gəzsə, hər şeyi görər”, - deyə o, əlavə edib.

Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!