“Cəza tədbirlərini sərtləşdirin” - İlham Əliyev tapşırıq verdi

2020-05-07 16:44:11 / 1001 dəfə oxunub

"Bir çox inkişaf etmiş ölkələrdə vəziyyət acınacaqlıdır, böhranlıdır. O ölkələr bilmirlər ki, bu böhranla necə bacarsınlar. Azərbaycandan fərqli olaraq... Amma digər tərəfdən, biz görürük ki, o ölkələrdə, inkişaf etmiş ölkələrdə, məsuliyyət və nizam-intizam yüksək səviyyədə olan ölkələrdə onlar məsafə saxlayırlar. Televizorda biz görürük, haradasa növbə varsa, adamlar arasında 1,5-2 metr məsafə saxlayırlar, maska taxırlar”.

Oxu.Azxəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında iştirak edən zaman deyib.

Dövlət başçısı ölkədə bəzi insanların koronavirusa qarşı tətbiq olunan qaydalara məsuliyyətsiz yanaşmasından danışıb:

"Amma bizdə məsafə saxlayan var? Açın, istənilən kanalı baxın, dünən mən baxmışam. Bankın qabağında bir-birinin yanında durublar, maska taxmayıblar. Müxbirlər soruşurlar ki, nə üçün maska yoxdur? Elə bil ki, uşaqdırlar, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər, "ay yadımdan çıxdı”, "ay havada maska lazım deyil”, "ay cibimdədir”. Belə şeyə biz dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir.

Belə adamlara qarşı ciddi cəza tədbirləri olacaq. Bütün aidiyyətiorqanlara bu gün müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin! Biz vətəndaşları qorumalıyıq. Hansısa intizamı pozan, məsuliyyətsiz adama görə, imkan verə bilmərik ki, vətəndaşlarımız ölsün, xəstələnsin. Ona görə bu qaydalara hər kəs riayət etməlidir. Özü də bundan sonra uzun müddət ərzində...”

Son xəbərlər
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!