Fikirlərim təhrif olunub-Millət vəkili

2020-05-07 23:17:32 / 1127 dəfə oxunub

Azpolitika.az saytında adımdan gedən 04.05.2020-ci il tarixli yazı ilə əlaqədar bildirirəm ki, qeyd olunan sayt Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı və hazırda həbsdə olan Mahir Quliyev barəsində fikrimi təhrif olunmuş və həqiqətə uyğun olmayan şəkildə təqdim etmişdir, qeyd olunan mövqe tərəfimdən qəbul edilmir və birmənalı şəkildə rədd edilir. Belə ki, mən ixtisasca hüquqşünas olaraq aparılan araşdırmanın nəticəsini gözləməyi tövsiyə etmişəm, çünki biz cənab Prezidentin rəhbərliyi altında hüquqi dövlətdə yaşayırıq və təqsirləndirilən şəxsin barəsində son qərar məhkəmə tərəfindən qəbul ediləcəkdir.

Lakin bu o demək deyil ki, sabiq icra başçısı qeyd olunan əməlləri törətməyib. Mahir Quliyev ilk növbədə ona göstərilən etimadı doğrultmamış, cənab Prezidentin korrupsiya və digər mənfi hallara qarşı mübarizə apardığı bir dövrdə bu əməlləri törətmiş və törədilməsinə şərait yaratmışdır. Buna görə də yerli sakinlər haqlı olaraq onun fəaliyyətindən ciddi narazı olmuş və bu barədə əsaslı müraciətlər etmişdir. Bunun nəticəsidir ki, hazırda onun barəsində kifayət qədər təkzib olunmaz sübutlar olduğuna görə onun haqqında tamamilə doğru olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179, 308 və 311-ci maddələri ilə cinayət işi istintaq edilir və barəsində əsaslı olaraq məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilmişdir. Bütün günahkar şəxslər Azərbaycan məhkəməsi qarşısında cəzalarını alacaqlar.

 Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı                                      


Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!