DİN-dən vətəndaşlara daha bir ciddi XƏBƏRDARLIQ - VİDEO

2020-05-08 18:04:34 / 810 dəfə oxunub

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən 2020-ci il mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu məqsədlə əhalinin sanitar qaydalara əməl etməsi üçün paytaxt Bakı, eləcə də respublikanın bütün şəhər və rayonlarında polis, həmçinin, Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlər davam etdirilir.

Belə ki, maddi yardımların verilməsi ilə bağlı paytaxt və rayonlarda poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara polis əməkdaşları tərəfindən sanitar rejiminin tələbləri izah edilib, sosial məsafənin qorunması tələb edilib. Belə tədbirlər zamanı polislər və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda həmçinin bölgələrdə vətəndaşlara tibbi maskalar da paylayıblar.

Daxili İşlər Nazirliyi vətəndaşlardan bir daha tələb edir ki, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda, xüsusən mayın 9-da fəaliyyəti bərpa olunacaq Bakı Metropoliteninin ərazisində olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməli, insanlarla təmas zamanı ikimetrlik ara məsafəsini saxlanılmalı, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət edilməlidir.


Son xəbərlər
Başçıdan örnək addım
2020-05-29 14:08:19
Bahalaşma olacaq?
2020-05-28 19:45:22
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!