DTX əməliyyat apararkən nazir də orada olub - YENİLƏNİB + FOTO

2020-05-08 16:02:00 / 818 dəfə oxunub

Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanların bəzilərinin adları məlum olub.

Qafqazinfo-nunməlumatına görə, yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanılaraq, DTX-yə aparılıb.

Onların sırasında Nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov də var.

Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar aparılıb. Z.Sultanov həm də tikinti sahəsini kurasiya edirmiş.

R.Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı deyilir.

Əməliyyat zamanı nazir Əbülfəs Qarayev də nazirlikdə olub.

15:04

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılanlar var.

Lent.az-ınməlumatına görə, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıb.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!