Zaqatalada sürücülük vəsiqəsi olmayan şəxs rayonu bir-birinə qatdı - VİDEO

2020-05-08 14:33:32 / 809 dəfə oxunub

Sosial şəbəkələrdə Zaqatalada yol polisi ilə sakinlər arasında insidentin baş verməsi ilə bağlı məlumat yayılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Zaqatala rayonun Kəpənəkçi kəndində qeydə alınıb.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir MəsimovOxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Kəpənəkçi kəndi ərazisində yüksək sürətlə hərəkətdə olan"VAZ-2106” markalı avtomobil bir neçə ev quşunu vuraraq öldürüb:

"Həmin ərazidə xidmətdə olan Zaqatala RPŞ-nin Dövlət Yol Polisi bölməsi əməkdaşları "VAZ-2106” markalı avtomobilin sürücüsünə "Saxla” əmri verilib:

"Yoxlama zamanı məlum olub ki, həmin avtomobildə sürücü qismində əyləşən Cavid İsayevsürücülük vəsiqəsi olmadan maşını idarə edib:

"Avtomobilin həmin şəxsə deyil, ailəsinə məxsus olduğu aşkarlanıb. O, daha sonra polis əməkdaşları ilə mübahisə edib. Polis əməkdaşları həmin şəxsləri sakitləşdirməyə çalışıblar”.

"Sürücü barəsində protokol tərtib edilib və toplanan materiallar aidiyyəti üzə məhkəməyə göndərilib”, - deyə qeyd edilib.

M.Məsimov əlavə edib ki, rayon məhkəməsinin qərarı ilə polisə müqavimət göstərən həmin sürücüinzibati həbs cəzası alıb. Hay-küy salaraq ictimai qaydanı pozan qadın isə 50 manat cərimə edilib.


Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!