Vitse-spikerlə deputat arasında GƏRGİNLİK: “Çıxışlarınıza qulaq asanda mərsiyəçi yadıma düşür”

2020-05-08 14:19:38 / 848 dəfə oxunub

"Bizbələdiyyələrlə bağlıqüsur və nöqsanları daimgündəmə gətirmişik. Onların aradan qaldırılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.

Vitse-spiker bildirib ki, Azərbaycanın siyasi həyatında bələdiyyələrin öz yerivar:

"Bələdiyyələrdə qüsurlar, nöqsanlar var. Bununla bağlı deputatlar zaman-zaman çıxış edirlər. Bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvət almaqda təqsirləndirmək insan hüquqlarının pozulmasıdır. Eyni zamanda, yaxşı işçilərin fəaliyyətinə qara yaxmaqdır”.

Vitse-spiker deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb:"Çıxışlarınıza qulaq asanda,adı sizin adınıza oxşayan bir mərsiyəçi var, o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun”.

Qeyd edək ki, deputat R.Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin və onun işçilərinin fəaliyyətini tənqid edib


Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!