"Kadr islahatları və korrupsiya ilə mübarizə tədbirləri davam etdirilməlidir" - RƏY

2020-05-12 19:27:43 / 285 dəfə oxunub

"Prezidentİlham Əliyevtərəfindən dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatlarına hələ 2018-ci ildən başlanılıb. Bu islahatlar cəmiyyət tərəfindən də çox ciddi rəğbətlə qarşılanır”.

Bunu "Report”a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədriFərəc Quliyevdeyib.

O xatırladıb ki, keçmiş MTN-inimicinə məlum səbəblərdən xələl gəlmişdi:

"AncaqDövlət Təhlükəsizliyi Xidmətinin (DTX)bütövlükdə imici bərpa edilib. İcra başçıları və onun müavinlərinin, nazir müavinlərinin artıq bu məsələdə günahları aşkar olduqdan sonra qanun qarşısında bərabərliyinin təmin olunması, ciddi şəkildə cəzalandırılması onu göstərir ki, dövlət israrlıdır ki, islahatlar həyata keçirilsin və cəmiyyətdə neqativ hallar aradan qaldırılsın”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev

Partiya sədrinin sözlərinə görə,Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisiKamran Əliyevin Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilməsi bir qədər dərəmzi məna daşıyır ki, prokurorluğun apardığı prioritet sahələrdən biri də korrupsiyaya qarşı mübarizə olacaq:

"Çox üzücü bir haldır ki, ölkədə çox ciddi dəyişikliklərin baş verdiyi bir zamanda hamı səfərbər olur, Prezident müraciət edir, sadə vətəndaşlar belə əllərindən gələni etməyə çalışır, ancaq hakimiyyətdə olan korrupsiyaya uğramış məmurlarislahatlara dəstək vermək əvəzinə ciddi badalaq vururlar. Hesab edirəm ki, kadr islahatları və korrupsiya ilə mübarizə tədbirləri davam etdirilməlidir. Həmçinin kadr siyasətində yeni baxış da olmalıdır. Siyasi mövqeyindən asılı olmayaraq dürüst, peşəkar adamların vəzifəyə gətirilməsi də mümkündür. Hesab edirəm ki, vətənə, ölkənin taleyinə bağlı olan şəxslər iş başında olmalıdır. Aparılan bütün proseslər hamı tərəfindən, o cümlədən siyasi partiyalar, bizim partiya tərəfindən də rəğbətlə qarşılanır”.


Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!