İqbal Məmmədov:"Cəmiyyəti aldatmaq ən böyük cinayətdir"

“Milli Şura cəmiyyətin üz qarasıdır”

2020-05-15 10:19:38 / 4500 dəfə oxunub
"Siyasi arenada özünə yer edə bilməyən, cəmiyyət tərəfindən qəbul olunmayan Milli Şura deyilən qurumda siyasi zəlzələ, təlatüm baş qaldırıb. Artıq bunun fərqində olanlar Milli Şura sıralarını tərk edirlər”. Bu fikirləri Milli məclisin deputatı İqbal Məmmədov deyib. Onun sözlərinə görə, Milli Şuranın tarixin arxivinə yazılmasına az qalıb: "Bu gün Azərbaycanda siyasi partiyalara yaradılan şərait göz önündədir. Heç kim siyasi əqidəsinə görə təqib olunmur, hər kəs fikirlərini açıq-aydın deyə, istədiyi siyasi təşkilata üzv ola bilər. Ancaq Milli Şura deyilən bir siyasi alət var ki, bunların bir nömrəli vəzifəsi Azərbaycana qarşı qara-piar aparmaq, həyata keçirilən işlərə kölgə salmaqdır. Heç kimə sirr deyil ki, bugün bütün dünyanı cənginə alan COVİD-19 virusu ilə bağlı Azərbaycan hansı addımlar atır. Hər bir vətəndaşını düşünən cənab Prezident İlham Əliyevin göstərişi ilə vətəndaşlara həm tibbi, həm sosial xidmətlər göstərilir. Ancaq dayanıqlığını xaricdən alan bu qurum bütün bu işlərə kölgə salır. Sosial şəbəkə üzərindən qurulan bu çirkin kompaniyanın sifarişçiləri isə xaricdə Azərbaycanı gözü götürməyən qüvvələrdir. Bu qüvvələr hər zaman qeyri-ciddi və kölgə siyasəti ilə məqsədlərinə nail olmaq istəyirlər. Cənab prezident İlham Əliyev və Azərbaycan xalqının qətiyyəti buna maneə olur ”. 
İqbal Məmmədov həmçinin onu da bildirib ki, cəmiyyəti aldatmaq ən böyük cinayətdir. Bu cinayət qarşısında hər kəs cavab verəcək: "Cənablar. Arenaya danışmaq olar, cəmiyyəti çaşdırmağa yönəlik fikirlər söyləmək olmaz! Bu cəmiyyəti qurmaq çətin olduğu qədər onu yaşatmaq, gələcək nəsillərə sağlam ötürmək lazımdır. Bu üzdən islahatlar qaçılmazdır. Azərbaycan hökuməti daim islahatlar aparır. Siz özünüzdə bu islahatlardan ağız dolusu danışırsınız. Hətta bəyənməyin müəyyən don geyindirməyə də cəhd edirsiniz. Yaxşı olar ki, siz özünüz də daxilinizdə islahat aparasınız. Onsuzda məhvə malik olan Milli Şuranın ömrünü bəlkə belə addımla bir az uzada bilərsiniz”.
Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!