Azərbaycanda daha 101 nəfər koronavirusa yoluxdu, 53 nəfər sağaldı, 1 nəfər vəfat etdi

2020-05-15 17:15:49 / 1957 dəfə oxunub

Azərbaycan Respublikasında 101 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, xronik böyrək çatışmazlığı, xronik pielonefrit və arterial hipertoniya xəstəliyi olan 1977-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1886 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 37 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 220.363 test aparılıb.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!