Bu gün deputatlar 19 məsələ üçün toplaşır

2020-05-19 09:15:06 / 276 dəfə oxunub

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Sabahinfo.az-ın məlumatına görə, iclasın gündəliyinə 19 məsələ daxildir.

İclasın əvvəlində İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək. Daha sonra Miqrasiya Məcəlləsinə, Cinayət-Prossesual Məcəlləsinə, Vergi Məcəlləsinə, "Turizm haqqında", "İcra məmurları", "Polis haqqında", "Avtomobil yolları haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Dövlət qulluğu haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Psixiatriya yardımı haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Gənclər siyasəti haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" və digər qanunlara dəyişikliklər müzakirə ediləcək.


Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!