Günel Həmidova yeni serilada – “Şükriyyə”

2020-05-19 11:53:51 / 27941 dəfə oxunub
Məşhur aktrisa Günel Həmidova yeni seriala çəkilir. Bu haqda Sabahinfo.az-a məlumat verən aktrisa bildirib ki, "Şükriyyə” adlanan serial yeni mövsümdə, sentyabr ayında yayımlanacaq.

"Şükriyyə”nin ssenari müəllifləri Züleyxa Şirinova, Gəray Həsənov və Kənan Mahmudovdur. Dram janrında olan serialın rejissoru Kənan Mahmudov, ikinci rejissor İbrahim Əbilovdur.

"Şükriyyə” serialında baş rolları Kənna Mahmudov, Aqil M. Quliyev, Günay Həsənova, Günel Həmidova, Rüfət Nəzər, əməkdar artist Mətanət Atakişiyeva, Əjdər Zeynalov, Midhət Aydın və digərləri canlandıracaq.

"Çəkilişlər üçün əsasən Novxanı bağları, Bülbülə qəsəbəsi və paytaxtda yerləşən bir neçə məkan nəzərdə tutulub”, deyə aktrisa qeyd edib:

"Serialda zəngin ailənin tək qız övladı, iş xanımı olan Qumru obrazını, Kənan Mahmudov isə qardaşımı canlandıracaq. Qumru həssas sevgi üçbucağı yaşayan, rəfiqəsi, qardaşı və sevgilisi arasında qalan, güclü oyunun qurbanı olan bir xanımdır”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!