Bakının tramvay keçəcək ünvanları məlum oldu - SİYAHI + RƏSMİ

2020-05-19 15:33:35 / 457 dəfə oxunub

Bakıda tıxacların qarşısını əhəmiyyətli şəkildə alacaq layihələrdən biri də tramvay xətlərinin bərpa olunmasıdır.

Ötən il "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu məsələnin gündəmdə olduğunu bildirmişdi.

Hazırda vəziyyət nə yerdədir? Suala cavab tapmaq üçün "Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.

Qurumun Mətbuat Xidmətindən Baku.ws-in sorğusuna cavab olaraq bildirdilər ki, hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır.

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan Bakı şəhərinin Baş planında nəzərdə tutulan tramvay xətləri ilə bağlı aidiyyəti qurumlarla razılaşma və müzakirələr aparılır”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, hazırda tramvay xətlərinin çəkilməsi və ona nəzarət edilməsinin hansı quruma həvalə olunması da müzakirə obyektidir.

Xatırladaq ki, C.Qurbanov Bakıda çəkiləcək tramvay xətlərinin sxeminin müzakirə olunduğunu bildirmişdi:

"Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Odur ki, xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.

Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbələrini əhatə edəcək”, - deyə o qeyd edib.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirilib ki, şəhərdə mobilliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir.(oxu.az)


Son xəbərlər
Deputatdan təbrik
2020-05-27 23:53:29
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!