Spikerdən Aydın Mirzəzadəyə maraqlı sual

2020-05-19 16:27:59 / 1109 dəfə oxunub

Deputat Aydın Mirzəzadə parlamentdə gündəliyə əlavələr üçün ayrılan vaxtın yarım saatdan bir saata qaldırılmasını təklif edib.

Deputat  bildirib ki, gündəliyin müzakirəsi üçün ayrılan yarım saat müddət azdır: "Bizim dövlətimizlə bağlı deyəcəyimiz sözümüz var. 40-a yaxın yeni deputat var. Onlar bəlkə də çıxış etmək istəyir. Ancaq yenidirlər deyə, texniki imkanlardan hələ tam yararlana bilmirlər”.

Spiker Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, yarım saat ayrılmış vaxt 30 ildir ki mövcuddur: "Aydın müəllim, indiyə kimi bunu niyə demirdiniz?  Heç kim deyə bilməz ki, kiməsə danışmağa imkan verməmişəm. Elə olub ki, müddət 55 dəqiqəyə də qalxıb. Təklifinizi nəzərə alarıq, sadəcə mənə maraqlıdır ki, bunu niyə indiyə kimi deməmişdiniz?”.

Son xəbərlər
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!