“Eurohome” bağlanır: “Bizə deyirlər, gedin, başınıza çarə tapın” - VİDEO

2020-05-20 18:12:04 / 335 dəfə oxunub

"Eurohome” ticarət mərkəzində mayın 11-də baş verən yanğından sonra sahibkarlara bazarın nə vaxt fəaliyyətə başlayacağının bəlli olmadığı deyilib. Buna görə də bu gün 50-yə yaxın sahibkar bazarın ərazisində toplaşaraq, etiraz ediblər.

Sahibkarlardan biri Rasim Musayev Qafqazinfo-ya bildirib ki, bu gün onlara artıq işləməyəcəkləri deyilib:

"Bazarın sahibi Azər Möhlətov gəlib dedi ki, istintaq gedir deyə bazar işləməməlidir.

Amma nə vaxta qədər işləməyəcəyini demirlər. Bizim dükanlara aidiyyəti olmayan yerdə 4-5 mağaza yanıb. İstintaq orada işini görsün, imkan versinlər, biz də işləyib çörəyimizi qazanaq”.

Rövşən Əliyev qeyd edib ki, "Sədərək” Ticarət Mərkəzində dəfələrlə yanğın baş versə də, o bazar bir dəfə də bağlanmayıb. Sahibkar Əhməd Nəsibov isə onlara mallarını mağazalardan çıxarmaq tapşırılıb:

"Bu, o deməkdir ki, bazar bağlanır. Bizə deyirlər, gedin, başınıza çarə tapın”.

Sahibkarların sözlərinə görə, bura yığışmaqda məqsədləri odur ki, istintaq və istintaqa nəzarət edən şəxslər onlara işləməyə icazə versinlər.


Son xəbərlər
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!