Madər Musayev: “Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur”-MÜSAHİBƏ

“COVİD-19 pandemiyası ilə mübarizədə bu özünü birdaha göstərdi”

2020-05-20 20:23:09 / 2326 dəfə oxunub
Milli Məclisin deputatı Madər Musayev SABAHİNFO.AZ saytına müsahibə verib. O müsahibəsində koronavirus pandemiyası ilə mübarizədə dövlət başçısı cənab İlham Əliyevin gördüyü işlərə toxunub. Deputat həmçinin 10 Saylı Binəqədi üçüncü seçki dairəsində karantin rejimində görülən işlərə toxunub.

-İlk öncə bizə müsahibə üçün vaxt ayırdığınıza görə sizə dərin təşəkkürümüzü bildiririk. Dünya yeni pandemiya ilə üz-üzə qalıb. COVID-19 adlanan bu virus artıq 100 minlərlə insanın həyatına son qoyub. Belə bir mürəkkəb vaxtda Azərbaycanda koronavirusla mübarizə sahəsində atılan addımları necə dəyərləndirirsiniz?

-Koronavirus epidemiyası dünyaya elə bir zamanda yayıldı ki, heç bir ölkə buna hazır deyildi. Tarixə nəzər salsaq görərik ki, insan həyatı üçün qorxulu olan, 100 minlərlə insanın həyatına son qoyan xəstəliklər olub. Vəba, müxtəlif növ qriplər və digər xəstəliklər hər zaman qorxu yaradıb. Zaman keçdikcə bu xəstəliklərlə mübarizə sahəsində səhiyyə sistemində müxtəlif tədbirlər görülür. Haqqında danışdığımız COVID-19 pandemiyası isə səhiyyə sistemində boşluqları ortaya çıxardı. Dünyaca inkişaf etmiş ölkələrin səhiyyə sistemləri bu virus qarşısında aciz qaldı. Bir hər gün izləyirik. Amerikada, Avropanın bir sıra ölkələrində gün ərzində nə qədər insan koronavirus qurbanı olur. Şükürlər olsun ki, cənab Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli və düşünülmüş siyasəti nəticəsində Azərbaycanda koronavirusla mübarizə işi yüksək səviyyədə təşkil olunub. Virusun yayılmağa başladığı ilk zamanlarda Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq etdi. Bu təşkilatın tövsiyyələrinə uyğun olaraq addımlar atıldı. Cənab prezidentin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və bu fonda ən çox ianı bağışlayan insan da məhz İlham Əliyev cənablarıdır. Bununla yanaşı zamanında xüsusi karantin rejimi tətbiq olundu. Eyni zamanda bir sıra səhiyyə müəssisələrində bu istiqamətdə işlər aparıldı. Artıq modul tipli səhiyyə ocaqları da tikilib istifadəyə verilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın COVID-19 virusu ilə mübarizədə tutduğu yol uğurlu yoldur.

-Azərbaycan təcrübəsi artıq bir beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir...

-Bəli. Azərbaycan COVID-19 virusu ilə mübarizədə elə bir təcrübə ortaya qoydu ki, bu təcrübə sayəsində itkilərimiz az oldu. Bunun da bir neçə səbəbi var. Əsas səbəb Azərbaycanda xalq-hakimiyyət birliyinin olmasıdır. Cənab Prezidentin çağırışına uyğun addımlar atılır. Karantin rejimində müəyyən olunmuş qaydalara riayyət olunur. Mən diqqəti hökumətin bu yöndə atdığı addımlara yönəltmək istərdim. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq ehtiyacı olan şəxslərə 190 manat maliyyə yardımı edildi. Bildiyiniz kimi ilk öncə 200 min insana belə yardım edilməsi nəzərdə tutlmuşdu sa sonradan cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu rəqəm 600 minə çatdırıldı. Sahibkarlıq subyektlərinə müəyyən vergi güzəştləri tətbiq olundu. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən "Biz birlikdə güclüyük” şüarı altında 100 mindən çox ailəyə ərzaq sovqatı paylanıldı və bu kampaniya bugün də davam edir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu məsələyə həssas yanaşır. O media vasitəsi ilə vətəndaşlara evdən çıxmamaq yönündə çağırışlar etdi. Bu çağırışların da öz müsbət təsiri var.

- Milli Məclisdə də COVID-19 pandemiyası ilə mübarizə istiqamətdə iş aparılır. Bu yöndə nə deyə bilərsiniz?

-Biz Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklər etdik. Bu dəyişiklərin edilməsi zamanında atılan addımlardır. Eyni zamanda Milli məclis sədri Sahibə Qafarova bu məsələyə həssas yanaşır. Deputatlar da qəbul olunan qərarlara uyğun olaraq hərəkər edir. Sosial məsafə qorunur, iclaslar onlayn təşkil edilir, eyni zamanda cari məslələrin müzakirəsində bu məsələyə xüsusi yer verilir.

-Deputat seçildiyiniz 10 Saylı Binəqədi üçünci seçki dairəsində koronavirusla mübarizə sahəsində nə kimi işlər görürsünüz?

-Mən seçicilərimlə müntəzəm əlaqə saxlayıram. Karantin rejimi olduğuna görə, bir başa görüşlər mümkün deyil. Ancaq köməkçim vasitəsi ilə seçicilərimizlə görüşlərimiz olur. Onlara tərəfimizdən ərzaq yarımları edilir. Ehtiyacı olan insanlara hər cür dəstək göstərilir.

Ədil Ədilzadə

Son xəbərlər
LƏTİFƏ
2020-05-26 10:41:21
Oğru qonaq saxlanıldı
2020-05-26 10:00:07
FHN iş başında
2020-05-24 08:12:49
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!