Azərbaycanda nazirin olduğu maşın qəza törətdi - ANBAAN VİDEO

2020-05-21 09:41:00 / 2619 dəfə oxunub

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

"Mercedes” markalı, 90-AA-900 dövlət nömrə nişanlı avtomobillə"Maserati” markalı maşın toqquşub.

Yayılan videolardan görünür ki,"Mercedes”in sürücüsü qırmızı işıqda keçib. Nəticədə, qəza baş verib.

Qeyd edək ki, qəza törədən avtomobilFövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını imiş.

Hadisə zamanı nazir avtomobildə olub. Mühafizəçilər dərhal K.Heydərovu digər maşına əyləşdirərək, hadisə yerindən uzaqlaşdırıblar.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!