Bakıda kişi liftdə arvadını amansızlıqla qətlə yetirdi

2020-05-22 10:50:23 / 3421 dəfə oxunub

Bakının Binəqədi rayonunda qadının qəsdən öldürülməsi faktı qeydə alınıb.

Bu barədəOxu.Az-a rayonun Polis İdarəsindən məlumat verilib.

Cinayət mayın 21-də, saat 21:15 radələrində Cavadxan küçəsində yerləşən 1 nömrəli binanın liftində baş verib. Orada yaşayan 1977-ci il təvəllüdlü Hafiz Əsgərov 1980-ci il təvəllüdlü həyat yoldaşı Könül Əsgərovaya çoxsaylı bıçaq zərbəsi endirib və boğazını kəsib.

Patoloqoanatomlar qadının bədənində 48 bıçaq yarası qeyd ediblər.

Hadisəni törədəndən sonra kişi polisə gələrək cinayəti etiraf edib. İlkin araşdırma zamanı ağır cinayətin qısqanclıq zəminində törədildiyi məlum olub.

Faktla bağlıCinayət Məcəlləsinin 120.2.4-cü maddəsi - qəsdən adam öldürmə faktı ilə cinayət işi başlanıb.


Son xəbərlər
Neftin qiyməti düşdü
2020-10-26 11:19:15
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!