Deputatdan kadr siyasətinə şərh

2020-05-23 08:57:23 / 3581 dəfə oxunub
"Prezident İlham Əliyev tərəfindən son dövrlərdə həyata keçirilən kadr siyasəti və yeni rayon icra başçıları təyin olunması regionların inkişafı baxımdan yeni yol xəritəsi kimi dəyərləndirmək lazımdır".
Bunu "Ölkə.Az”a açıqlamasında deputat Əliabbas Salahzadə deyib.

Onun sözlərinə görə, ölkə başçısının kadr siyasəti davamlı xarakter  daşıyır və biz zaman-zaman buna şahidlik edirik. "Cənab Prezident zaman-zaman yerində olmayan, dövrün tələblərinə cavab verməyən, xalqa xidmət etməyən, korrupsioner və rüşvətxor, fəaliyyətlərində  ciddi nöqsanlara yol verən məmurlara qarşı sərt cəza tədbiri görüb və görməkdədir. Prezidetin əsas məqsədi ölkədə vətəndaş mənunluğunun yaradılması, ölkənin iqtisadi inkişafının dayanıqlığını təmin edərək insanların sosial rifah halında yaşamasıdır. Bu hədəflərə nail olmaq üçünsə davamlı olaraq  genişmiqayslı islahatlar paketi qəbul olunaraq icra olunmaqdadır.  Kadr islahatları da bunu  tərkib hissəsidir. Çünki islahatların uğuru, peşəkar, savadlı, bacarıqlı kadrlardan asılıdır ki, bu da həyata keçirilməkdədir. Bu proses davam edir”- deputat qeyd edib.
Deputat onu da əlavə edib ki, ölkə başçısı kadr siyasətində əsasən gənclərə üstünlük verərək, daha çox onlara etimad göstərir: "Bunu  cənab Prezidentin həm gəncliyə olan diqqəti, həm də ölkənin gələcəyində, dövlət idarəçiliyində onlara  verilən etimadın göstəricisi kimi dəyərləndirmək lazımdır. Elə ölkə başçısının istər rayonlara təyin etdiyi  icra başçılarına, istərsə də digər vəzifələrə təyin etdiyi kadrlara  nəzər salsaq  bunun bariz şahidi ola bilərik. Bunu həm də yeni bir mərhələnin tələbi kimi qiymətləndirmək olar. Biz bunun ölkə başçısının  təyin etdiyi yeni kadrları videokonfrans formatında  qəbulu zamanı verdiyi tapşırıq və tövsiyyələrində görürük.  Cənab Prezident təyin olunan kadrlardan işlərini yeni dövrün tələblərinə uyğun quraraq,  fəaliyyətlərində neqativ hərəkətlərə, məmur özbaşınalığına yol verməmək,  şəffaflığı, vətəndaş mənunluğunu təmin etmək, xalqın yanında olub, problemlərini öyrənərək həllinə nail olmaq, sahibkarlığa dəsətək vermək, yerli icra strukturlarına əlçatanlığı təmin etmək kimi şərtlər qarşılarına  qoyur. Ölkə başçısı  təyin olunan yeni kadrlarla görüşündə onlara deyib ki,  fəaliyyətlərində  rəhbərlik etdikləri rayonlaırn inkişafına nail olmaq tələb olunur. Çünki bundan sonra ölkənin əsas inkişaf istiqaməti qeyri-neft sektorunun hesabına olacağından, bu sahənin inkişafına xüsusi diqqət yetiriləcək. Bunun  üçün də bölgələrdə sahibkarlıq,  kənd təsərrüfatı sektoru, qeyri-neft sektorunun digər sahələri inkişaf etdirilməlidir. Bu inkişaf da  uğurlu kadrlardan asılıdır.  Ümid edirəm ki, təyin olunan kadrlar da cənab Prezidentin onlara göstərdiyi etimadı doğruldacaq və ölkəmizin yeni inkişaf mərəhələsinə qədəm qoymasında öz xidmətlərini göstərəcəklər”.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!